13 sərnişin olan təyyarədə qaçırıldı

ABŞ vətəndaşı Akinyela Sava Taylor “Tropic Air Belize” təyyarəsini göyərtəsində 13 digər sərnişinlə Belizdə qaçırıb.
Sfera.az bu barədə “ABC News”ə istinadən xəbər verir.
Korozaldan San Pedroya uçan təyyarədə Taylor pilotu bıçaqla hədələyib, ölkədən uçmağa məcbur edib və yanacaq doldurmağı tələb edib.
Hadisə zamanı 3 sərnişinin bıçaq xəsarətləri aldığı bildirilib.
Təyyarədə silah icazəsi olan bir sərnişin Taylora sinəsindən atəş açaraq zərərsizləşdirib.
Yanacaq tükəndiyi üçün təyyarə Beliz şəhərindəki Filip Qoldson hava limanına məcburi eniş edib.
Taylor xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.
Səlahiyyətlilər Taylorun əvvəllər Belizeyə girişinə necə icazə verildiyini və onun yenidən ölkəyə necə daxil olduğunu araşdırır.
Hadisədən sonra Belizdə daxili reyslərdə təhlükəsizlik tədbirlərinə yenidən baxılacağı bildirilib.
Firuzə Əliyeva