ABŞ-yə viza almaq çətinləşdi: Yeni tələblər qoyulub

ABŞ-yə viza almaq çətinləşdi: Yeni tələblər qoyulub

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya, viza müraciətlərinə dair mübahisəli bir qərar verib. Yeni təlimata əsasən, viza müraciəti edən şəxslərin sosial media hesabları incələnəcək və onların Qəzza ilə bağlı paylaşım edib-etmədiklərinə xüsusi diqqət yetiriləcək.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki,  bu qərar, son zamanlar ABŞ-də Fələstinə dəstək verən şəxslərin həbs olunması ilə bağlı artan narahatlıqlar fonunda verilib.

 

Belə ki, ötən ay Tufts Universitetinin doktorantı Rümeysa Öztürk Fələstinə verdiyi dəstəyə görə saxlanılmışdı. Son olaraq, Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil alan fələstinli bir tələbənin də ABŞ vətəndaşlığı üçün müraciət zamanı saxlanıldığı bildirilib.


Yeni qaydalar insan haqları müdafiəçiləri tərəfindən kəskin şəkildə tənqid olunub. Onlar bu qərarın söz azadlığına və şəxsi məxfiliyə ciddi təhdid yaratdığını bildirirlər.


Məsələ ilə bağlı açıqlama verən ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) isə bildirib ki, bundan sonra xarici vətəndaşların sosial mediada antisemitik fəaliyyətləri və yəhudilərə qarşı fiziki təcavüz halları, onların göç və viza müraciətlərinin rədd edilməsi üçün əsas sayılacaq. Bu qərar daimi yaşayış icazəsinə müraciət edənlərə, xarici tələbələrə və antisemitik fəaliyyətlərlə əlaqəli təhsil müəssisələri ilə bağlılığı olanlara birbaşa təsir göstərəcək.


Yeni siyasət ABŞ-də fikir azadlığı və immiqrasiya prosesi ilə bağlı müzakirələri daha da alovlandırıb. 


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...