Prezident İlham Əliyev: Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyir


Prezident İlham Əliyev: Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyir

Azərbaycan "Vahid Çin" siyasətini daim dəstəkləyir.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edərkən deyib.

 

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığına toxunaraq, qarşılıqlı dəstəyi qeyd etdi.

 

Prezident İlham Əliyev Azərbaycanın "Vahid Çin" siyasətini daim dəstəklədiyini vurğuladı.

 

"Bir kəmər, bir yol" layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd etdi.

 

Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirdi.


OXŞAR XƏBƏRLƏR

Meyvə və tərəvəz yuxu keyfiyyətini artırır – Yeni tədqiqat

ABŞ-də aparılan yeni elmi araşdırma gündəlik meyvə və tərəvəz istehlakının təkcə sağlamlıq deyil, yuxu keyfiyyəti baxımından da böyük əhəmiyyət daşıdığını ortay...

ABŞ-nin yeni viza qaydaları: Sosial media hesabı açıq olmalıdır

ABŞ Xarici İşlər Nazirliyi tələbə vizası üçün müraciət edən əcnəbilərlə bağlı yeni tələblər irəli sürüb. Artıq bu vizaya müraciət edən şəxslər sosial media hesa...

Sumqayıtda tekstil fabriki YANIR

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.   Sfera.az  xəbər verir ki, hadisə Sülh prospektin...

İsrail İranın nüvə obyektlərinə hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı gecə saatlarında İranın müxtəlif nüvə obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirdiyini bildirib.  ...

Azərbaycan yeni çağırışlarla üz-üzədir - Enerji, miqrasiya, təhlükəsizlik...

Qərb mediasında yayılan məlumatlara əsasən, ABŞ-nin İrana qarşı hərbi zərbə endirməsi ehtimalları artmaqdadır. Artıq bu ehtimal real gündəmə çevrilib və Prezide...

Yüz minlərlə inanın ölümünə səbəb olan silah: Kimlər sahibdir?

Son günlərdə İsrail və İran arasında yenidən alovlanan qarşıdurma bölgədə və dünyada böyük narahatlıq yaradıb. Xüsusilə İranın nüvə proqramı ilə bağlı yayılan i...