Rusiyalı səfirin qatiliylə bağlı ŞOK DETAL - 19:41-də öldürdü, 21:30-da silindi

Rusiyalı səfirin qatiliylə bağlı ŞOK DETAL - 19:41-də öldürdü, 21:30-da silindi

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar gəlməkdə davam edir.

"Milliyet" xəbər verir ki, Karlovu öldürən polis məmuru Mevlüt Mert Altıntaşa aid Gmail hesabındakı məktubların o vurulduqdan 2 saat sonra silindiyi ortaya çıxıb.

Cinayətkarın qaldığı evlərdə ələ keçirilən kompüter və cib telefonu, Kibercinayətlə Mübarizə İdarəsi tərəfindən araşdırılmağa başlanılıb. Onun 4 xana ilə şifrələnən mobil telefonuna başqa bir xətlə daxil olmaq mümkün olub. Təcavüzkarın istifadə etdiyi SİM kart da araşdırılıb. Prokurorluq əhəmiyyətli bir məlumat əldə edib. Səfirin qatilinin kompüterində, axtarış servisi "Google"un "Gmail" poçt hesabı olduğu təsbit edilib. İnformasiya mütəxəssisləri Altıntaşın hesabındakı məktubların hücumdan sonra silindiyini təyin ediblər.

Saat 19.10-da Karlovu qətlə yetirib saat 19.41-də öldürülən Altıntaşın Gmail hesabındaki məktubların saat 21.30-da şəxsiyyəti müəyyən edilməyən bir nəfər tərəfindən silindiyi ortaya çıxıb. Geri qaytarma qutusunu da araşdıran mütəxəssislər, mesajların heç bir "qalıq" buraxılmadan silindiyini müəyyən ediblər.

Prokurorluq indi Altıntaşın hesabına kimin girdiyini, məktublarını kimin sildiyini tapmaq üçün istintaqı daha da gücləndirib. Gmail ofisindən də mesajların çıxarışı istənilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...