“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO

“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən hazırlanan “İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutub.

 

Sfera.az xəbər verir ki, “İrsimizə Hörmətlə” layihəsi çərçivəsində irsimiz.az  internet portalı geniş tamaşaçı auditoriyasına təqdim edilib.
 


 

Layihənin məqsədi milli ornamentlərin tarixini, mənalarını və əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq, xüsusilə gənc nəslin milli mədəniyyətə marağını artırmaq və bu ornamentləri gələcək nəsillərə ötürməkdir. Bu platforma, Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi olan ornamentləri tanımağa, qorumağa və gələcək nəsillərə təqdim etməyə xidmət edir. Eyni zamanda mədəni irsimizi təbliğ edərək, həm yerli, həm də beynəlxalq səviyyədə daha geniş kütləyə çatdırılmasına töhfə verir.

 

Portalda ornamentlərin tarixi ilə bərabər onların geyimlərdə, aksesuarlarda, keramikada və xalçalarda necə yaşadığı, müasir dövrə necə uyğunlaşdığı əks olunub. Eyni zamanda müxtəlif milli brendlərin kolleksiyalarından nümunələr yer alıb.



 

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin yaradıcısı dizayner Gülnarə Xəlilova, "Rəsm" brendinin təsisçisi və dizayneri Rəsminə Qürbətova, "Gilabi Ceramics" brendinin təsisçisi və rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Emin Ələkbərov, xalçaçı dizayner Elnarə Rəsulova, xalçaçı rəssam Fəxriyə Hacıyeva çıxış edərək ornamentlərin dövrümüzdəki rolu haqqında öz fikirlərini çatdırıblar. Daha sonra “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli irsimiz.az portalının etibarlı mənbə olduğunu qeyd edərək təqdim edib.



 

"İrsimizə Hörmətlə" layihəsi çərçivəsində yaranan bu internet portalı, Azərbaycanın bənzərsiz ornament tarixini və onun müasir dünyada necə yaşadığını göstərməyi hədəfləyir.
 






























 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...