İsrail və HƏMAS sülh müqaviləsi imzalayacaq?

İsrail və HƏMAS sülh müqaviləsi imzalayacaq?

HƏMAS İsraillə atəşkəs danışıqlarını davam etdirmək məqsədilə Qətərə nümayəndə heyəti göndərib. 

 

Sfera.az xəbər verir ki, nümayəndə heyəti Qətərdə İsraillə dolayı danışıqlar aparacaq. Danışıqların əsas mövzusu HƏMAS tərəfindən 8-10 israilli girovun azad edilməsi və müharibənin dayandırılması məsələləridir.

 

Tərəflər arasında danışıqlar həftəsonu baş tuta bilər. Eyni zamanda İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib. 

 

Maraqlıdır, İsrail və HƏMAS yaxın zamanlarda yekun sülhü əldə edə bilərmi?  Sülhdə həlledici vasitəçi tərəf hansı ölkə ola bilər ?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov HƏMAS-ın danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərməsinin bu qrupun həqiqətən atəşkəsə nail olmaq üçün can atmasından xəbər verdiyini bildirib. 

 

Politoloqun fikrincə, lakin onların bu təşəbbüsləri yenidən atəşkəsin, bundan sonra isə sülh müqaviləsinin imzalanacağının dəqiq zəmanəti deyil:

 

“Çünki təkbaşına atəşkəs mümkün deyil. Atəşkəsin əldə olunması üçün qarşı tərəfin, indiki halda İsrailin də razılığı şərtdir.

İsrail isə atəşkəsin əldə olunması və xüsusilə HƏMAS-la sülh müqaviləsinin imzalanmasında maraqlı deyil”.

 

Ə.İbrahimov İsrailin atəşkəs danışıqlarında iştirakının daha çox formal xarakter daşıdığını və bunun Donald Trampın təzyiqi nəticəsində həyata keçirildiyini vurğulayıb

 

Onun sözlərinə görə, İsrailin Baş naziri Netanyahunun əsas məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir:

 

“Netanyahu müharibə başladığı zaman qarşısına qoyduğu bu məqsədi həyata keçirməyə çalışır və atəşkəs əldə olunsa belə, fürsət tapan kimi onu pozmağa davam edəcək.

Məhz buna görə də növbəti danışıqların uğurla nəticələnəcəyi və regiona uzunmüddətli sülhün gələcəyi barədə heç kimdə ümid yoxdur".

 

Müsahibimiz qeyd edib ki, müharibənin qarşısını ala biləcək yeganə qüvvə varsa, o da ABŞ və onun prezidenti Donald Trampdır. Çünki Donald Tramp Yaxın Şərqdə baş verən müharibənin qarşısını almağı öz vəzifəsi kimi müəyyən edib.

 

Lakin hadisələrin hazırkı cərəyanı Netanyahunun Trampın təzyiqlərinə də boyun əymədiyini sübut edir. Əgər vəziyyət bu şəkildə davam edərsə, İsraillə HƏMAS arasında tezliklə sülh müqaviləsi üzrə danışıqların başlanacağı barədə danışmaq mümkün deyil”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...