Quba və Lerikdə 25 santimetr qar yağıb

Quba və Lerikdə 25 santimetr qar yağıb

Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürür.
Sfera.az xəbər verir ki, Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov modern.az-a açıqlamasında deyib ki, Qubada yağan qarın hündürlüyü 25 santimetrə çatıb:

"Qar yağsa da, rayonda vəziyyət normal şəkildə davam edir. Yollara qum, duz səpilib. Qaz, işıq, su verilişində heç bir çətinliyimiz yoxdur".
 
Lerik Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov da sayta açıqlamasında rayonda güclü qar yağdığını deyib:
 
"Qarın hündürlüyü təxminən 25 santimetrdən çoxdur. Yollarda vəziyyət normaldır. Lənkəran-Lerik yolu, kəndlərə gedən yollar açıqdır. İşıq, qaz, su sistemində heç bir problem yoxdur. Amma qar yağmağa davam edir".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. 


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...