Hulusi Kılıç: "Qarabağ və Dnestryanı münaqişələrin həlli zərurətə çevrilib"

Hulusi Kılıç:

Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç Kişinyovda KİV nümayəndələri və siyasi ekspertlərlə görüş keçirib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, səfir Moldovanın Dnestryanı münaqişəsi ilə bərabər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soyqırımı barədə də danışıb.  
 
H. Kılıç artıq 27 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etdiyini, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmadığını diqqətə çatdırıb. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurası regiondakı bu vəziyyətdən narahat olmalı və qəbul etdiyi qətnamələrə sadiq qalmalıdır: "Azərbaycanın 20 faiz torpaqları hələ də işğal altındadır, 1 milyondan çox azərbaycanlı öz yurdlarından qaçqın düşüb və bu gərginlik hələ də davam edir. Bu gün Azərbaycanın öz torpaqlarını geri almaq üçün gücü var, amma istəyir ki, məsələ sülh yolu ilə həll olunsun. Ermənistan işğal etdiyi torpaqları geri qaytarsa, özü daha çox fayda götürər, regiondakı layihələrdə iştirak edə bilər. Məhz bunlar olmadığı üçün Ermənistanda insanlar hazırda əziyyət çəkir, demək olar ki, yaşaya bilmirlər".
 
H. Kılıç istər Moldovadakı Dnestryanı münaqişənin, istərsə də Qarabağ münaqişəsinin tezliklə həll olunmasının artıq zərurətə çevrildiyini vurğulayıb: "Hərçənd Dnestryanı münaqişə Qarabağ münaqişəsi ilə müqayisədə bir qədər fərqlidir, amma biz hər ikisinin tezliklə həllini tələb edirik". 


OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...