Azərbaycanda əhalinin neçə faizi taksidən istifadə edir?


Azərbaycanda əhalinin neçə faizi taksidən istifadə edir?

Azərbaycanda fəaliyyət göstərən "Maxim" taksi sifarişi xidməti əhalinin taksi səfərlərinin tezliyi və xərcləri ilə bağlı araşdırma aparıb.

 

Sfera.az xəbər verir ki, xidmətin mütəxəssisləri, ən azı, ayda bir dəfə taksi sifariş edən istifadəçilərin davranışını araşdırıblar.

 

Alınan məlumatlara görə, istifadəçilərin 54%-i ayda bir dəfədən çox olmayaraq taksi sifariş edir, 41% xidmətdən həftədə bir-iki dəfə faydalanır, 4% həftədə altı dəfəyədək taksiyə minir, 0,3% isə hər gün taksi çağırır.

 

Tarif seçərkən istifadəçilərin böyük bir hissəsi (96,6%) "Ekonom"a üstünlük verir. "Komfort" tarifini 0,3% sərnişin seçir.

 

O ki qaldı xərclərə, istifadəçilərin 83,3%-i taksiyə ayda 15 manatadək sərf edir. 14,7% taksiyə 15-50 manat arası, 1,3% 50-80 manat arası xərcləyir. 0,7% sərnişin ayda taksiyə 80 manatdan çox pul ayırır.  

 

Araşdırma göstərib ki, Azərbaycanda sərnişinlər daha çox ekonom avtomobillər sifariş edirlər və bu xidmətə nisbətən az pul xərcləməyə üstünlük verirlər.

 

Bununla yanaşı, əhalinin çoxu nadir halda taksi xidmətindən istifadə edirlər - ayda bir dəfə və ya daha az.

 

Mütəxəssislərin qənaətincə, taksi avtomobillərinin texniki xüsusiyyətlərinə və zahiri görünüşünə olan tələblərin sərtləşdirilməsi ilə bağlı proqnozlaşdırılan qiymət artımı bu trendin güclənməsinə təkan verəcək./modern.az


OXŞAR XƏBƏRLƏR

İKT-nin inkişafı sürətlənir: Rəqəmsal transformasiya yeni mərhələdə

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) cəmiyyətlərin inkişafında həlledici amillərdən birinə çevrilib. Texnologiyanın həyatın bütün sa...

Bu gün 4 min 330 müəllim sertifikasiyadan keçəcək

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentl...

Meyvə və tərəvəz yuxu keyfiyyətini artırır – Yeni tədqiqat

ABŞ-də aparılan yeni elmi araşdırma gündəlik meyvə və tərəvəz istehlakının təkcə sağlamlıq deyil, yuxu keyfiyyəti baxımından da böyük əhəmiyyət daşıdığını ortay...

ABŞ-nin yeni viza qaydaları: Sosial media hesabı açıq olmalıdır

ABŞ Xarici İşlər Nazirliyi tələbə vizası üçün müraciət edən əcnəbilərlə bağlı yeni tələblər irəli sürüb. Artıq bu vizaya müraciət edən şəxslər sosial media hesa...

Sumqayıtda tekstil fabriki YANIR

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.   Sfera.az  xəbər verir ki, hadisə Sülh prospektin...

İsrail İranın nüvə obyektlərinə hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı gecə saatlarında İranın müxtəlif nüvə obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirdiyini bildirib.  ...