Putin Qarabağda böyük müharibəyə hazırlaşır – ƏMR VERİLDİ

Putin Qarabağda böyük müharibəyə hazırlaşır – ƏMR VERİLDİ

Rusiya müdafiə naziri Sergey Şoyqunun Cənub Hərbi Dairəsini gücləndirməklə bağlı əmri bəzi məsələləri gündəmə gətirdi, xüsusilə "Putin yeni müharibəyə hazırlaşır” sualı önə çıxdı.

Sfera.az Publika.az-a istinadla xəbər verir ki, Şoyqu bu əmri verməsinə Ukraynanın cənub-şərqindəki vəziyyətin və Şimali Qafqazda beynəlxalq terror qruplaşmalarının fəallaşmasının zərurət yaratdığını açıqladı. Lakin bu rəsmi bəyanatı başqa cür də oxumaq mümkündür: Rusiya Ukrayna və Qafqazda yeni müharibəyə hazırlaşır.

Strateji şəraitin tədqiqatı mərkəzinin direktoru, rusiyalı politoloq İvan Konovalov da ölkəsinin mediasına müsahibəsində Kremlin yeni müharibələrə hazırlıq gördüyünü deyib.

Onun sözlərinə görə, Cənub Hərbi Dairəsi Rusiyanın yeni tarixində döyüşə bilən ən güclü ordu birləşməsidir:

"Nəzərə alsaq ki, SSRİ dağılandan sonra Rusiya ən çox cənub istiqamətindən təhdidlərlə qarşılaşıb, o zaman, bu hərbi dairəni gücləndirmək zərurəti başa düşüləndir”.

Politoloq qeyd edib ki, Sergey Şoyqunun bəyanatı Ukraynanın cənub-şərqində yeni vətəndaş müharibəsinin başlaya biləcəyinə işarədir.

"Yeri gəlmişkən, Rusiya təkcə Cənub Hərbi Dairəsini yox, Qara dənizdəki hərbi donanmanı və Qərb Hərbi Dairəsini də möhkəmləndirir”, - deyə o bildirib.

İ.Konovalov hesab edir ki, Rusiya Ukraynada, eləcə də Qafqazda yeni müharibənin ola biləcəyi təhlükəsinə hazırlaşır:

"Ukraynada müharibə real görünür. Qafqazda isə müharibənin Dağlıq Qarabağ münaqişə zonasında baş verməsi gözləniləndir. Həmçinin, Moskva Qərb Hərbi Dairəsini möhkəmləndirərək, oradan gələ biləcək təhlükələri önləməyi düşünür. Görünən odur ki, Moskva bütün cəbhələrdə böyük müharibəyə hazırlaşır”.


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...