Azərbaycan XİN fransalı nazirə cavab verdi


Azərbaycan XİN fransalı nazirə cavab verdi

Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan-Noel Barronun regional gərginlikdən narahatlığını ifadə etməsi ilə ziddiyət təşkil edir.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "X" sosial şəbəkəsində yazıb.

 

"Bu ikilli yanaşma Fransanın ikiüzlülüyünü ifşa edir. Sülh sazişi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin həllini, xüsusilə Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması və sabitliyi pozan xarici müdaxilələrin, o cümlədən, Fransanın müdaxiləsinin dayandırılmasını tələb edir.

 

Bundan başqa, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə mane törətmək təkcə daxili işlərə qarışmaq deyil, həm də bu cür cinayətlərə görə məsuliyyətə cəlb edilmə prosesinə xələl gətirir", - o bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Yüz minlərlə inanın ölümünə səbəb olan silah: Kimlər sahibdir?

Son günlərdə İsrail və İran arasında yenidən alovlanan qarşıdurma bölgədə və dünyada böyük narahatlıq yaradıb. Xüsusilə İranın nüvə proqramı ilə bağlı yayılan i...

Avropada qaz istehlakında antirekord - 100 milyard kub metr azalıb

Rusiyanın “Qazprom” enerji şirkətinin vitse-prezidenti Oleq Aksyutin bildirib ki, Avropada təbii qaz istehlakı son 30 ilin ən aşağı səviyyəsinə enib...

16 sürücü barəsində inzibati xəta protokolu tərtib edilib

Azərbaycanda 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.   Sfera.az xəbər verir ki, bu qədər sürücü Rəqəmsal İnkişaf və N...

Sağlam dişlərin səbəbi valideynlərimizdir?- YENİ ARAŞDIRMA

Dişlərimizin vəziyyətinə bir çox amil təsir göstərir, amma onların irsi xüsusiyyətlərdən nə qədər asılı olduğu tez-tez sual doğurur.   Sfera.az bildi...

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC ...

Kamran Əliyev Valid Mustafayevi yüksək vəzifəyə təyin etdi - FOTO

Azərbaycanın prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.   Sfera.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror K...