Merkuri və Neptun birləşir - Nələr yaşanacaq?

Merkuri və Neptun birləşir - Nələr yaşanacaq?

Bu həftə göy üzündə bir sıra mühüm bürc keçidləri və planet təsirləri baş verir. Ulduzlar bizə həm diqqətli olmağı, həm də yeni təşəbbüslərə hazır olmağı tövsiyə edir.

 

Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, həftənin əvvəlində Merkuri-Neptun birləşməsi müşahidə olunur. Bu aspekt anlaşılmazlıqlara və yanlış təəssüratlara səbəb ola bilər. Zehni olaraq diqqətimizin dağılması və yanılma ehtimalı artır. Bu səbəbdən, bu günlərdə qərar verərkən daha ayıq olmaq tövsiyə olunur.

 

Bu həftə  Merkuri Qoç bürcünə, Günəş Buğa bürcünə, Mars isə Şir bürcünə keçəcək. Xüsusilə Marsın Şir bürcündə olması onun daha güclü, özünəinamlı və lider xarakterini ortaya çıxarır. Bu dövrdə eqo qarşıdurmaları arta bilər, lakin eyni zamanda qərarlılıq və təşəbbüskarlıq da yüksəlir.

 

Günlük təsirlər:

 

Bazar ertəsi – Ay Əqrəb bürcündədir. Həftəyə bir qədər gərgin və emosional başlayırıq. Lakin bu emosiyalar ambisiya və fokusla balanslaşdırıla bilər.
Çərşənbə axşamı – Əqrəbdəki Ay Uranla gərgin aspekt yaradır, ani dəyişikliklər və böhran ehtimalı artır. Ancaq Ay və Venera arasındakı harmonik təsir münasibətləri yumşalda bilər.
Çərşənbə – Ay Oxatan bürcünə keçir. Günün enerjisi daha açıq və nikbindir. Merkuri və Neptunla yaranan müsbət bucaqlar ünsiyyət bacarıqlarını və təxəyyülü gücləndirir.
Cümə axşamı – Pozitiv və ümidverici gündür. Ay Yupiterlə müxalif aspektdə olsa da, bu gün özümüzü güclü və inamlı hiss edə bilərik.
Cümə – Gün iki hissədən ibarətdir. Səhər saatlarında Ay hələ də Oxatan bürcündədir, lakin axşama doğru Oğlaq bürcünə keçir. Nikbinlik və məsuliyyət bir arada olacaq.
Şənbə – Ay Oğlaqda irəliləyir. Emosional olaraq sabit və intizamlı bir gündür. Günü planlama və məsuliyyətli işlər üçün istifadə etmək tövsiyə olunur.
Bazar günü – Həftə sonu olmasına baxmayaraq, Oğlaqdakı Ay bizi məsuliyyətlərə fokuslanmağa çağırır. Gün ərzində Ayın Uran, Venera, Saturn və Neptunla harmonik əlaqəsi mövcuddur. Bu, ünsiyyət, münasibətlər və yeni başlanğıclar üçün çox əlverişli gündür.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

İKT-nin inkişafı sürətlənir: Rəqəmsal transformasiya yeni mərhələdə

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) cəmiyyətlərin inkişafında həlledici amillərdən birinə çevrilib. Texnologiyanın həyatın bütün sa...

Bu gün 4 min 330 müəllim sertifikasiyadan keçəcək

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentl...

Meyvə və tərəvəz yuxu keyfiyyətini artırır – Yeni tədqiqat

ABŞ-də aparılan yeni elmi araşdırma gündəlik meyvə və tərəvəz istehlakının təkcə sağlamlıq deyil, yuxu keyfiyyəti baxımından da böyük əhəmiyyət daşıdığını ortay...

ABŞ-nin yeni viza qaydaları: Sosial media hesabı açıq olmalıdır

ABŞ Xarici İşlər Nazirliyi tələbə vizası üçün müraciət edən əcnəbilərlə bağlı yeni tələblər irəli sürüb. Artıq bu vizaya müraciət edən şəxslər sosial media hesa...

Sumqayıtda tekstil fabriki YANIR

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.   Sfera.az  xəbər verir ki, hadisə Sülh prospektin...

İsrail İranın nüvə obyektlərinə hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı gecə saatlarında İranın müxtəlif nüvə obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirdiyini bildirib.  ...