Çox çörək yemək sərxoşluq yaradır - ARAŞDIRMA

Çox çörək yemək sərxoşluq yaradır - ARAŞDIRMA

Gündəlik qidalanma vərdişlərimizin ayrılmaz hissəsi olan çörək, bəzi sağlamlıq mütəxəssislərinə görə ciddi sağlamlıq riskləri daşıyır.

 

Sfera.az “NTV”nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər çörəyin həddindən artıq istehlakının nadir rast gəlinən və alkoqol qəbul edilmədən sərxoşluq əlamətlərinə səbəb olan “auto brewery” sindromuna yol aça bildiyini deyirlər.


Sağlamlıq mütəxəssisi Mikey Mehta bu sindromun bağırsaqlarda həddindən artıq maya yığılması ilə meydana gəldiyini və karbohidratların etanola çevrilərək bədəndə alkoqol istehsalına səbəb olduğunu bildirib. 

 

Həmçinin həkim Mehta sosial mediaya hesabında yayımladığı videoda bildirib ki, çörək qidalandığımız ən təhlükəli şeydir. Tibb ədəbiyyatında “Bağırsaq Fermentasiya Sindromu” kimi tanınan bu hal, bağırsaqdakı “Saccharomyces cerevisiae” və ya “Candida” kimi maya və göbələk növlərinin karbohidratları fermentasiya edərək etanol (alkoqol) istehsal etməsi nəticəsində yaranır. Bu vəziyyətdə olan insanlar çörək, makaron, şirin qəlyanaltılar kimi karbohidratla zəngin qidalar yedikdə, bədənləri alkoqol istehsal etməyə başlayır.


Heç bir alkoqol qəbul edilmədiyi halda belə, başgicəllənmə, nitqdə problemlər, yorğunluq, əhval-ruhiyyə dəyişiklikləri, çaşqınlıq və sərxoşluq hissi kimi simptomlar müşahidə oluna bilər. Daha ağır hallarda isə, qan alkoqol səviyyəsi qanuni həddən yüksək ola bilər və bu, həm sağlamlıq, həm də sosial baxımdan ciddi fəsadlar yaradır.

 


Mütəxəssisin fikrincə, çörək və ona bənzər karbohidratla zəngin qidalar bağırsaqdakı maya balansını pozaraq bu sindromun inkişafını sürətləndirə bilər. Bu səbəbdən xüsusilə ağ çörək, makaron, şirin qidalar, kartof cipsi və qazlı içkilər kimi məhsulların istehlakında diqqətli olmaq tövsiyə olunur.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

16 sürücü barəsində inzibati xəta protokolu tərtib edilib

Azərbaycanda 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.   Sfera.az xəbər verir ki, bu qədər sürücü Rəqəmsal İnkişaf və N...

Sağlam dişlərin səbəbi valideynlərimizdir?- YENİ ARAŞDIRMA

Dişlərimizin vəziyyətinə bir çox amil təsir göstərir, amma onların irsi xüsusiyyətlərdən nə qədər asılı olduğu tez-tez sual doğurur.   Sfera.az bildi...

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC ...

Kamran Əliyev Valid Mustafayevi yüksək vəzifəyə təyin etdi - FOTO

Azərbaycanın prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.   Sfera.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror K...

"Yayda lazer epilyasiyası risklidir" - Mütəxəssisdən XƏBƏRDARLIQ

İsti mövsümdə lazer epilyasiyasına maraq nəzərəçarpacaq dərəcədə artır. Lakin bu prosedurlar bəzən dəri yanığı, qıcıqlanma və ləkələnmə ilə nəticələnə bilər.&nb...

Pezeşkian xalqa müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.   Sfera.az xəbər verir ki, bu barədə o, X-də paylaşım edib.   "Əziz İran xa...