Qızıl bahalaşır - İndi zinət əşyaları almağa dəyərmi?

Qızıl bahalaşır - İndi zinət əşyaları almağa dəyərmi?

Qlobal maliyyə bazarlarında qızılın qiyməti sürətlə yüksəlməyə davam edir. ABŞ-nin nüfuzlu investisiya bankı "Goldman Sachs" proqnozlaşdırıb ki, gələn il qızılın bir troya unsiyasının qiyməti 4000 dollara qədər arta bilər. Bu ilin sonuna qədər isə qızılın dəyərinin 3700 dollara çatacağı güman edilir. 


Sfera.az xəbər verir ki, son bir ildə qızıl 38 faiz bahalaşıb. 


Qızılın dəyərində artım ondan hazırlanan zinət əşyalarının da bahalaşmasına səbəb olur. Azərbaycanda 2024-cü ilin əvvəlində 5 qramlıq 750 əyar qızılın qiyməti 600 manat olduğu halda, hazırda bu məbləğ 750 manata qədər yüksəlib.


Qızılın bahalaşması ilə əlaqədar beynəlxalq maliyyə fondları və böyük banklar, eləcə də adi insanlar qızıl alışını artırırlar.


Azərbaycanda da qızıla maraq var. Azərbaycan əhalisi daha çox zinət əşyaları almağa üstünlük verirlər. 


Bəs indiki vəziyyətdə proqnozları nəzərə alaraq Azərbaycan əhalisi də qızıl alışını artırmalıdırmı? 


Sfera.az-a açıqlama verən iqtisadçı Toğrul Vəliyev bildirib ki, qeyri-müəyyənlik dövründə qızılın qiyməti artacaq. İqtisadçı əlavə edib ki, qızıl almaq investisiya qoyuluşu sayılsa da, Azərbaycanda bu proses fərqli müstəvidə baş verir:


“Azərbaycanda qızıl almağı birmənalı şəkildə tövsiyə etmək olmaz. Çünki bizdə investisiya bazarı yoxdur. Azərbaycanda əsasən mağazalar vasitəsilə zinət əşyaları alınır ki, bu da bir qədər fərqli yanaşmadır. İstənilən halda qızıl almaq, xüsusən uzunmüddətli dövrdə gəlirli hesab edilir”.


Vəliyev bildirib ki, qeyri-müəyyənlik dövrlərində əhali daha çox qızıl almağa meyllənir və bu, ölkəmiz üçün də istisna deyil:


“İnsanlar qeyri-müəyyənlik dövrüdürsə, pullarını əlbəttə ki, qızıla yönəldirlər. Qızıl investorları Azərbaycanda da var və bu tendensiya burada da keçərlidir”.


Mütəxəssislər hesab edir ki, qızıl yalnız zinət əşyası deyil, eyni zamanda riskli dövrlərdə təhlükəsiz liman kimi qəbul edilir. Belə bir dövrdə bu metalın qiymətindəki artım həm qlobal, həm də yerli iqtisadi davranışlara təsir göstərməkdədir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Meyvə və tərəvəz yuxu keyfiyyətini artırır – Yeni tədqiqat

ABŞ-də aparılan yeni elmi araşdırma gündəlik meyvə və tərəvəz istehlakının təkcə sağlamlıq deyil, yuxu keyfiyyəti baxımından da böyük əhəmiyyət daşıdığını ortay...

ABŞ-nin yeni viza qaydaları: Sosial media hesabı açıq olmalıdır

ABŞ Xarici İşlər Nazirliyi tələbə vizası üçün müraciət edən əcnəbilərlə bağlı yeni tələblər irəli sürüb. Artıq bu vizaya müraciət edən şəxslər sosial media hesa...

Sumqayıtda tekstil fabriki YANIR

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.   Sfera.az  xəbər verir ki, hadisə Sülh prospektin...

İsrail İranın nüvə obyektlərinə hücum edib

İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı gecə saatlarında İranın müxtəlif nüvə obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirdiyini bildirib.  ...

Azərbaycan yeni çağırışlarla üz-üzədir - Enerji, miqrasiya, təhlükəsizlik...

Qərb mediasında yayılan məlumatlara əsasən, ABŞ-nin İrana qarşı hərbi zərbə endirməsi ehtimalları artmaqdadır. Artıq bu ehtimal real gündəmə çevrilib və Prezide...

Yüz minlərlə inanın ölümünə səbəb olan silah: Kimlər sahibdir?

Son günlərdə İsrail və İran arasında yenidən alovlanan qarşıdurma bölgədə və dünyada böyük narahatlıq yaradıb. Xüsusilə İranın nüvə proqramı ilə bağlı yayılan i...