FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

 

Sfera.az xəbər verir ki, müraciətdə deyilir:

 

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

 

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

 

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

 

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

 

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!"


OXŞAR XƏBƏRLƏR

16 sürücü barəsində inzibati xəta protokolu tərtib edilib

Azərbaycanda 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.   Sfera.az xəbər verir ki, bu qədər sürücü Rəqəmsal İnkişaf və N...

Sağlam dişlərin səbəbi valideynlərimizdir?- YENİ ARAŞDIRMA

Dişlərimizin vəziyyətinə bir çox amil təsir göstərir, amma onların irsi xüsusiyyətlərdən nə qədər asılı olduğu tez-tez sual doğurur.   Sfera.az bildi...

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC ...

Kamran Əliyev Valid Mustafayevi yüksək vəzifəyə təyin etdi - FOTO

Azərbaycanın prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.   Sfera.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror K...

"Yayda lazer epilyasiyası risklidir" - Mütəxəssisdən XƏBƏRDARLIQ

İsti mövsümdə lazer epilyasiyasına maraq nəzərəçarpacaq dərəcədə artır. Lakin bu prosedurlar bəzən dəri yanığı, qıcıqlanma və ləkələnmə ilə nəticələnə bilər.&nb...

Pezeşkian xalqa müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.   Sfera.az xəbər verir ki, bu barədə o, X-də paylaşım edib.   "Əziz İran xa...