Dünyada internet kəsilə bilər - Xəbərdarlıq

Dünyada internet kəsilə bilər - Xəbərdarlıq

Avropanın aparıcı telekommunikasiya şirkətləri, son dövrlərdə sualtı internet kabellərinə qarşı artan sabotaj aktları ilə bağlı ciddi xəbərdarlıq ediblər. Onlar bu hücumların yalnız Avropanı deyil, bütün dünya üzrə internet infrastrukturunu və həyati vacib xidmətləri təhlükə altına sala biləcəyini bildiriblər. 


Sfera.az "CNN Türk"ə istinadən xəbər verir ki, şirkətlərin NATO və digər beynəlxalq hərbi qurumlara ünvanladıqları açıq məktubda, xüsusilə Baltik və Şimal dənizində yerləşən sualtı kabellərə qarşı hibrid təhdidlərin artdığı vurğulanıb.

 

Mütəxəssislər bu infrastrukturların qorunması üçün qabaqcıl texnologiyalara sərmayə qoyulması və kəşfiyyat məlumatlarının paylaşımının gücləndirilməsinin vacibliyini qeyd ediblər.


Məktubda konkret ölkənin adı çəkilməsə də, iddialara görə bu sabotajların arxasında Rusiyanın ola biləcəyi ehtimal edilib. Qeyd olunur ki, 2024-cü ilin noyabrında Baltik dənizində Çin gəmisinin fiberoptik kabelə zərər vurduğu və həmin gəminin Rusiya mallarını daşıdığı müəyyən edilmişdi.


Telekommunikasiya şirkətləri bildiriblər ki, bu cür hücumlar nəticəsində qlobal internet bağlantısı, enerji infrastrukturu, maliyyə əməliyyatları və beynəlxalq rabitə ciddi şəkildə zərər görə bilər.


Mütəxəssislər beynəlxalq ictimaiyyəti bu təhlükəyə qarşı birgə tədbirlər görməyə çağırırlar.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...