Cocuq Mərcanlıda 50 mənzil tikilir - Prezident tapşırıq verib

Cocuq Mərcanlıda 50 mənzil tikilir - Prezident tapşırıq verib
Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, görüşdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində planlaşdırılan işlər müzakirə olunacaq:

"Cənab prezident Cocuq Mərcanlıda 50 mənzilin tikintisi ilə bağlı sərəncam verib. Lakin sərəncam verildikdən sonra ölkə başçısına qaçqın və məcburi köçkünlərin müsbət çağırışları daxil olub və qərara alınıb ki, orada daha böyük və müasir qəsəbə tikilsin”.

Əli Həsənov bildirib ki, Cocuq Mərcanlı kəndi hələ Horadiz əməliyyatı zamanı işğaldan azad olunub. Lakin o ərazilər daim ermənilərin atəşi altında olduğu üçün qəsəbədə yaşamaq mümkün deyildi: "Ötən ilin 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar zamanı iki yüksəklik, o cümlədən Lələtəpə yüksəkliyi azad edildi və 10 minlərlə hektar torpaq geri qaytarıldı. Bundan sonra Cocuq Mərcanlıda yaşayış imkanı yarandı.

Bunula bağlı ölkə başçısının imzaladığı sərəncam tarixi əhəmiyyətə malikdir. Biz həmişə deyirdik ki, qayıdış proqramımız hazırdır və sülh müqaviləsi bağlanan andan onun icrasına başlanacaq. Lakin ölkə başçısı sülh müqaviləsinin imzalanmasını gözləmədən bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərar verdi. Bu, bizə imkan verir ki, qayıdış proqramımızı təcrübədən keçirək”./femida.az/

OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...