Bakı metrosunda tüstülənmə - Sərnişinlər təxliyyə edildi
21:17 / 27.01.2017
824
Bir neçə saat əvvəl "Ulduz" metrostansiyasında həyəcanlı anlar yaşanıb.
Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yayıb. O bildirib ki, saat 20:07 radələrində 007 nömrəli qatarın 2-ci vaqonunda tüstülənmə hadisəsi baş verdi. Vaqondakı kondisonerdən başlayan səslərdən sonra vaqona bir neçə saniyə tüstü dolmağa başladı.
Sərnişinlər təxliyyə edilib.