Bu müəllimlər də sertifikasiya olunsunlar! - TƏKLİF

Bu müəllimlər də sertifikasiya olunsunlar! - TƏKLİF

Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin də sertifikasiya prosesə cəlb ediləcəyi ilə bağlı iddialar yayılıb.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu məsələyə birtərəfli baxılmamalıdır:

 

"Uşaq yaradıcılıq mərkəzlərinin hamısı vaxtilə təhsil müəssisələri idi. İdman məktəbləri, şahmat məktəbləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Orta məktəbdə rastlaşdığımız neqativ hallar həmin mərkəzlərdə də var. Orada da bəzi əməkdaşlar vaxtilə hansısa yollarla işə düzəliblər. Onların inkişafı, yoxlanılması ilə bağlı heç bir fəaliyyət həyata keçirilməyib. Elm və Təhsil Nazirliyinin səlahiyyəti var ki, öz əməkdaşlarını yoxlasın. Çünki həmin şəxslərin əmək haqqı dövlətin büdcəsindən ödənilir. Həmin şəxslər tutduqları vəzifəyə uyğun deyillərsə, dövlət büdcəsini talamış sayılırlar. Biz məsələyə bu cür baxmalıyıq. Əgər bir nəfərin yerinə 5 nəfər uyğun olmayan şəxs işləyirsə, onları azad edək, həmin uyğun olan bir nəfərə də yüksək əmək haqqı verək. Bu məsələ digər məktəblərin sertifikatlaşdırılmasının yanında kölgədə qalır. Bu proses artıq gecikir.

 

"Bu yaxınlarda Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə imtahanlar keçirildi. Gördünüzmü necə biabırçılıq ortaya çıxdı. Həmin insanlar da vaxtilə hansısa yollarlasa bu müəssisələrə doluşublar. Həmin şəxslər dövlət büdcəsini dağıtmaqla məşğuldurlar. Ona görə də, bu sahədə də sertifikatlaşdırma prosesinin zamanıdır. Gələcək bizdən tələb edir ki, büdcəmizi daha səmərəli və effektiv istidadə edək. Ona görə də cəmiyyət olaraq bu məsələlərin qarşısında durmamalı, dəstəkləməliyik", - R.Dünyamalıyev qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO

Aktrisa Pərvin Abıyevanın görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, paxtaxt məkanlarının birinə rəfiqələri ilə istirahətə yollanan...

Küləkli hava bu tarixədək davam edəcək

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xi...

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür. ...

Azərbaycanın mədəniyyətə ağır itki: Tanınmış bəstəkar vəfat etdi- FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ya...

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.   Sfera.az xəbər verir...

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasına mane olan amillərdən DANIŞDI - FOTO

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.   Sfera.az xəbər ...