Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü -FOTO


Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü -FOTO

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
 

Bu barədə Sfera.az-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 

Görüş zamanı Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, birgə həyata keçirilən layihələrin davam etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
 

C.Bayramov Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində mövcud əməkdaşlığın mühüm rolunu qeyd edib.
 

Azərbaycanın Bakı Prosesi çərçivəsində və digər beynəlxalq təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqa verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.

 

Nazir həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh səyləri və Ermənistanla sülh prosesi, habelə mövcud maneələr barədə qarşı tərəfə məlumat verib.


Ali nümayəndə Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə apardığı fəal və ardıcıl siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığının bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinə dəstəyini ifadə edib.


Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən qlobal çağırışlar qarşısında mədəniyyətlərarası həmrəyliyin təşviqi, İslamofobiya ilə mübarizə sahəsində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.






OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...