İlham Əliyev Suriya liderini Azərbaycana dəvət etdi


İlham Əliyev Suriya liderini Azərbaycana dəvət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

 

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik edib.

 

Dövlətimizin başçısı deyib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

 

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.

 

Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib.

 

Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaara bununla belə xarici faktorların bu məsələyə təsirindən narahatlığını vurğulayıb.

 

Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub.

 

Görüşdə ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunıub.

 

Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib.

 

Dəvət minnətdarlıqla qəbul olunub.

 


OXŞAR XƏBƏRLƏR

Öldü deyilirdi, xalq arasında göründü - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o həmin...

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...

Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"

Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.   Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ru...

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə&nb...

İran MAQATE ilə əməkdaşlığı dayandırır

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə İranın nüvə obyektlərinə girişə icazə verilməyəcək və həmin obyektlərdə agen...

Azərbaycan Diasporuna Dəstək Fondu maliyyə vəziyyətini açıqladı

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2024-cü ili 2 min manat zərərlə başa vurub. Halbuki, Fond 2023-cü ildən 32...