Çinlilər Trampı süni intellektlə məsxərəyə qoydu – FOTO

Çinlilər Trampı süni intellektlə məsxərəyə qoydu – FOTO

ABŞ və Çin arasında davam edən ticarət müharibəsi yeni bir qalmaqalla daha da alovlanıb. Donald Trampın “Hər şeyi Amerikada istehsal edək” çağırışı Çin ictimaiyyəti tərəfindən açıq şəkildə məsxərəyə qoyulub.

 

Sfera.az xəbər verir ki, Çində sosial şəbəkələrdə geniş yayılan və süni intellektlə hazırlanmış görüntülərdə fabriklərdə çalışan kök, tənbəl amerikalılar əks etdirilib.

 

Səhnələrdə həmin işçilərin bir əllərində hamburqer, digərində cipsi ilə istehsalda olduqca səmərəsiz təsvir olunması Trampın “yenidən sənayeləşmə” planlarına satirik yanaşma kimi dəyərləndirilib.


Milyonlarla baxış alan görüntülər çinlilərin “Amerikalılar bizim kimi istehsal edə bilməz” mesajını verməyə çalışdığını göstərir. Çin vətəndaşları bu yolla ABŞ-nin sənaye gücünə və işçi qüvvəsinə istehza ediblər.


Maraqlı məqamlardan biri də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninin sosial media paylaşımı olub. Nin, bir neçə gün əvvəl öz "Facebook" hesabında Trampın məşhur “MAGA” (“Make America Great Again”) şapkasının rəsmini paylaşıb. Şapkanın üzərində “Made in China” – “Çində istehsal olunub” etiketi və qiymətinin 50 dollardan 77 dollara yüksəldiyi qeyd olunub.


Ekspertlər bu paylaşımı Trampın gömrük rüsumlarını artırması nəticəsində ABŞ-də məhsulların bahalaşmasına eyham kimi qiymətləndirir.


Qeyd edək ki, Trampın yaxın günlərdə gömrük rüsumlarını 145 faizə qədər yüksəltməsi Çinin də cavab tədbirləri görməsinə səbəb olub. Çin hökuməti ABŞ-dən idxal olunan məhsullara tətbiq olunan rüsumu 125 faizə çatdırdığını açıqlayıb. Bu qarşılıqlı addımlar ticarət müharibəsinin daha da kəskinləşəcəyindən xəbər verir.


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...