Castin Azərbaycana gəlir

Dünya
14:35 / 11.04.2025
4657
Castin Timberleyk (Justin Timberlake) "The Forget Tomorrow" dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək.
Sfera.az xəbər verir ki, tədbir 2025-ci il iyulun 27-də tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.
Biletlər aprel 14-dən iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında satışa çıxacaq.