"Şuşada Ağ Evi xalqımız özü tikir" - Zahid Oruc

"Şuşada Ağ Evi xalqımız özü tikir" - Zahid Oruc

Ölkəmizin barışdırıcı rolu ərazilərimiz işğalda olanda da qəbul edilib. Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında iqtisadi-siyasi və təhlükəsizlik bağları Bakıdan keçir.

 
Sfera.az
xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.


Millət vəkili bildirib ki, Suriyada orduları üz-üzə gələn İsrail-Türkiyənin məxfi xidmət orqanları rəhbərlərinin iki gün əvvəl paytaxtımızda görüşü qlobal təhükəsizliik üçün misilsiz hadisədir:  

 

"Ölkəmiz Qəzzada savaşı deyil, beynəlxalq hüququ üstün tutduğu üçün hücumlara məruz qalır. Yəhudi və türk dünyasını toqquşdurmaq üçün erməni, Fransa, Kanada, Hindistan və onlarla dövlət çalışır. İsraillə gərginlik Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə fürsət verir. Dünyada antisemitizm dalğasının yüksəlişi fonunda yəhudi icmasına örnək münasibət asan deyil. İkinci Qarabağ müharibəsində qələbəmizdə İsrail silahları mühüm rol oynayıb. azərbaycanlı-yəhudi diaspor təşkilatları erməni lobbisinin dağıdıcı təsirinin qarşısını alıb. Bakı ərəb dünyası ilə vasitəçi rolunda çıxış edib”.


Komitə sədri vurğulayıb ki, Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsraildən nümunə götürə bilər: 

 

“Biz Ağ Evdən hərbi yardım istəmirik. Lakin tarif müharibələrində trilyon dollarlıq iqtisadi itkilərin yüzdə biri ilə bütün məcburi köçkünlərimizi doğma evlərinə qaytarmaq olardı. Halbuki Şuşada Ağ Evi xalqımız özü tikir. 30 illik işğala dəstək verən sabiq amerikalı prezidentlərin mirasına son qoymaq üçün indi tarixi fürsət yaranıb. 2003-cü ildə qızılgül inqilabının liderinə çevirdikləri Saakaşvili ilə demokratiya duetinə çıxan Corc Buşdan fərqli olaraq, Donald Tramp Azərbaycanla daha yaxın münasibətlərə malik olub. Ağ Evin yeni sahibi son məktubunda prezidentimizə ehtirama və birgə işləməyə çağırıb. İndiyədək heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib, qonşu və uzaq dövlət rəhbərləri isə müqəddəs odu və ruhu qoca Şərqdən alıblar.  Bir vaxtlar Ağdam məscidinin bir parçasını Ulu öndərə ad günü hədiyyəsitək gətirən səfir Keri Kavanonun vəfadarlığı, xeyirxahlığı unudulmayıb. Ali Baş Komandanın arxitektorluğu ilə həmin azad daş öz yerinə qoyulub, Allah Evi bütövlüyünə qovuşub. Tanrıya dua üçün azad torpaqlarımızdakı məscidlər bütün liderlərin üzünə açıqdır!”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...