"Bəzi güclər Azərbaycanın iradəsini sınağa çəkməyə çalışır"

"Bəzi güclər Azərbaycanın iradəsini sınağa çəkməyə çalışır"

"Bu gün özünü insan haqları təşkilatları adlandıran çoxsaylı strukturların heç bir reallığa əsaslanmayan hesabatları, çoxsaylı qərəzli media təsisatlarıının yaydığı məlumatlar, o cümlədən  xarici qüvvələrin yerli alətlərinə çevirilən antimilli ünsürlərin  sosial media üzərindən çağırışları açıq formada Azərbaycan hakiminin iradəsinə təsir etməyə, daha kobud desək bu iradəni sındırmağa yönəlib".
 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Bəhruz Məhərrəmov bildirib.

 

Millət vəkili qeyd edib ki, Bu gün faktiki olaraq Azərbaycan məhkəməsindən bərabərlik hüququndan imtina etmək, siyasi mənsubiyyətinə görə insanlara ayrıcalıq tanımaq, Qərbin marionetlərinə münasibətdə cəzasızlıq mühiti formalaşdırmaq tələb olunur:  

 

"Biz heç vaxt Qərb təsisatları, xüsusən qərb məhkəmə təsisatları üçün qapılarımızı bağlamamışıq.Azərbaycan Respublikası kifayət qədər qətiyyətlə iradə ifadə edib, amma əvəzində nə görmüşük? İllərlə ərizəçilərin müraciətlərinə “prosedura uyğun formada” ləngidən AİHM siyasi işartı gördüyü bütün işlərə 3-5 gün ərzində baxaraq daha çox məhkəmə kimi yox radikal müxalifət partiyası kimi davranıb. AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq məqsədi ilə 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdikdən sonra da AİHM eyni ampluada anti- Azərbaycan siyasi mərkəz kimi fəaliyyətini davam edmişdir. Baxmayaraq ki, biz artıq faktiki olaraq qurumdan kənarıq və məhkəmənin formalaşdırılmasında iştirak etmirik. Belə çıxır ki, səs hüququmuz alınır, amma bizi cəzalandırmaq haqqını özlərində saxlamaq istəyirlər. Təbii ki, buna yol verilməməlidir". 

 

B.Məhərrəmov vurğulayıb ki, bir vaxtlar 1600 faizlik inflyasiya burulğanında olan, enerji resurslarını realizə etməkda aciz qalan ölkə bu gün artıq Avropanın enerji təhlükəsizliyinin qarantoruna çevrilərək şərtlər diqtə edir. 30 il əvvəl kimsə bu cür danışa bilmək imkanımızı təsəvvür etməz olmazdı. Bu, artıq tam azad, müstəqil və suveren davranmağa imkan verən real gücdür.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...