Uşaqlar həmişəkindən daha çox sıxılır - Valideynlər nə etməlidir?

Uşaqlar həmişəkindən daha çox sıxılır - Valideynlər nə etməlidir?

Texnologiyaların böyük imkanlar yaratdığı, həyatın daha əyləncəli keçdiyi indiki dövrümüzdə uşaqların daha çox darıxması müşahidə edilir. Araşdırmalar göstərir ki, uşaqlar bütün yaş qruplarında yüksək sıxıntı hiss edirlər.


Bəs niyə uşaqlar həmişəkindən daha çox sıxılır və bunun qarşısını necə almaq olar?


Sfera.az xəbər verir ki, ABŞ-nin "OnePoll" qurumu tərəfindən bu məqsədlə  3-12 yaş arası uşaqların 2000 valideyni arasında sorğu keçirib. 


Sorğunun nəticələrinə əsasən, uşaqlar orta hesabla hər dəfə 33 dəqiqə sıxıntı keçirirlər. 


Araşdırmaya əsasən, sadəcə aşağı yaş qrupundakı uşaqlar deyil, həm də yuxarı yaş qrupunda olanlar da sıxıntılı həyat sürürlər. 


Miçiqan Universiteti tərəfindən hər il keçirilən "Gələcəyin Monitorinqi" adlı sorğu da bunu təsdiqləyir. Universitetin sorğusu müəyyən edib ki, 8, 10 və 12-ci sinif şagirdlər arasında cansıxıcılıq səviyyəsi pandemiya məhdudiyyətləri zamanı artıb, 2023-cü ildə isə bir qədər də yüksəlib. 


Mütəxəssislər cansıxıcılığın artmasının səbəblərindən biri kimi kompüter və mobil telefonlar qarşısında daha çox vaxt keçirilməsini göstəriblər. 


Amerikalı sosioloqlar bildirir ki, uşaqlar əvvəlki dövrlərdə olduğu kimi oynamırlar, fərqli dünyanın təsiri altındadırlar. 


Bəs bu vəziyyətdə valideynlər nə edə bilər?


Uşaqlarda və yeniyetmələrdə cansıxıcılığın qarşısının alınması üçün mütəxəsislər bəzi təcrübələrin tətbiqini tövsiyə edirlər. 


Uşaqlarda incəsənət və sənətkarlıq, tikinti və duyğusal oyunlara maraq yaradılması məsləhət görülür. Bu cür fəaliyyətlər passiv fəaliyyətlərdən (məsələn, ekran qarşısında vaxt keçirmə) daha uzun müddət ərzində diqqəti cəlb edə bilər. Valideyn uşaq üçün karandaş, kağız, gil və ya tikinti blokları kimi materiallardan ibarət xüsusi bir sahə yaratması daha faydalı ola bilər. Uşağınızı layihələrə başlamağa və yaradıcılığını kəşf etməyə təşviq edin.


Uşaqlarda kitab oxumağa, xəyali oyunlar qurmağa və açıq havada vaxt keçirməyə maraq yaratmaq lazımdır.      


Uşaqların müstəqil oyun oynaması təşviq edilməlidir. Onlarla ünsiyyət qurmaq vacib olsa da, heç bir valideynin hər zaman bunu etməyə vaxtı yoxdur və bu, tamamilə normaldır. Uşaqlara müstəqil oynamaq imkanı vermək, onların təxəyyül və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək edilməlidir. Valideynlər uşaqlarının oyuncaqları və fəaliyyətlərini təkbaşına tənzimləyə biləcəyi təhlükəsiz mühit yaratmalıdırlar. 


Sosioloqların fikrincə, bu tədbirlər uşaqların virtual aləmdən müəyyən qədər ayıracaq və onların başqalarından asılılığını, müstəqil qərarlar qəbul etməsini asanlaşdıracaq. Bu halda uşaqlar arasında sıxıntının azalması ehtimalı yüksəkdir. 


Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...