"Azərbaycan haqlı olaraq İsraillə münasibətlərin təməlini qoyub"

"Azərbaycan haqlı olaraq İsraillə münasibətlərin təməlini qoyub"

"Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib"

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Ceyhun Məmmədov deyib.

 

Onun sözlərinə görə, bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir:

 

"Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoyaraq uğurla inkişaf etdirdi.  Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir".  

 

Millət vəkili qeyd edib ki,  önəmli məsələlərdən biri də Azərbaycanın türk Respublikaları ilə əlaqələrinə verdiyi önəmdir: 

 

"Azərbaycan bu prosesin irəli aparmasında əsas lokomotiv rollardan birini oynayır.  Azərbaycan Şimali Kipr Respublikasının türk dövlətlərinə inteqrasiyası, Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb. Bu prosesdə təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət çox böyük rol oynayır".


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Rusiya iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb

Bu ilin l rübündə Azərbaycan Rusiya iqtisadiyyatına 18,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.   Sfera.az Azərbaycan Mərkəzi B...

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək...

"Mehdi Sobhaninin iddialarını qətiyyətlə rədd edirik" -Ayxan Hacızadə

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.   Sfera.az-ın məlumatına...

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Andranik Simonyan təyin edilib.   Bu barədə Sfera.az erməni KİV-lərinə istinadən xəb...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...