"Sahibkarlar 70 insanla razılaşır, 2-si ilə yox" - Fazil Mustafa

"Sahibkarlar 70 insanla razılaşır, 2-si ilə yox" - Fazil Mustafa

"Bu günlərdə tikinti şirkəti tərəfindən mülkiyyətçinin evinin qanunsuz olaraq sökülməsi baş verdi. Bu, qanunsuz addım idi. Lakin bununla bağlı sahibkarların hüquqlarının müdafiəsi məsələsi də gündəmə gəlməlidir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Fazil Mustafa deyib.

 

Onun sözlərinə görə, sahibkarlar 70 insanla razılaşır, 2-si ilə razılaşa bilmir. 

 

"Bu zaman tikiləcək mənzillər artıq rentabelli olmur. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır. Burada optimal qiymətləndirmə tətbiq edilməlidir. Optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca qəzalı binalar problemi qalmağa davam edəcək”,- millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Rusiya iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb

Bu ilin l rübündə Azərbaycan Rusiya iqtisadiyyatına 18,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.   Sfera.az Azərbaycan Mərkəzi B...

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək...

"Mehdi Sobhaninin iddialarını qətiyyətlə rədd edirik" -Ayxan Hacızadə

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.   Sfera.az-ın məlumatına...

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Andranik Simonyan təyin edilib.   Bu barədə Sfera.az erməni KİV-lərinə istinadən xəb...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...