İmamoğlu hakim qarşısına çıxarılır


İmamoğlu hakim qarşısına çıxarılır

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün 3 iş üzrə mühakimə olunacaq.

 

Sfera.az türk mətbuatına istinadla xəbər verir ki, Ekrem İmamoğlu İstanbul Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə bu gün Silivridə "terrorla mübarizədə çalışan insanları hədələmək və hədəfə almaq" ittihamı ilə mühakimə olunacaq. Bu halda İmamoğlunun 7 il 4 aya qədər həbs cəzası, səsvermə və seçilmək hüququndan məhrum edilməsi, dövlət vəzifəsində işləməsinə qadağa qoyulması istənilir.

 

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin 2023-cü ildə başlatdığı araşdırma nəticəsində İmamoğluna qarşı "tenderi saxtalaşdırmaq" ittihamı ilə iddia açılıb. İmamoğlunun Beylikdüzü Bələdiyyə Başçısı olması ilə bağlı olan bu tenderə də bu gün baxılacaq. Büyükçekmece 10-cu Asliye Cəza Məhkəməsində davam edən işdə İmamoğlunun 3 ildən 7 ilə qədər həbsi və siyasi fəaliyyətinə qadağa qoyulması istənilir.

 

Bu gün baxılacaq başqa bir iş isə CHP İstanbul İl Baş Qərargahında qeydə alındığı iddia edilən "pul sayma" görüntüləri ilə bağlı olacaq. Martın 31-də keçiriləcək yerli seçkilər ərəfəsində ortaya çıxan görüntülər nəticəsində İmamoğlunun komanda yoldaşları da daxil olmaqla 22 nəfər "qanunsuz ianə toplamaq" ittihamı ilə mühakimə olunur.


OXŞAR XƏBƏRLƏR

Rusiya iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb

Bu ilin l rübündə Azərbaycan Rusiya iqtisadiyyatına 18,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.   Sfera.az Azərbaycan Mərkəzi B...

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək...

"Mehdi Sobhaninin iddialarını qətiyyətlə rədd edirik" -Ayxan Hacızadə

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.   Sfera.az-ın məlumatına...

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Andranik Simonyan təyin edilib.   Bu barədə Sfera.az erməni KİV-lərinə istinadən xəb...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...