Gənclərin mövsümi problemi - Yaz depressiyasından necə qurtulmaq olar?

Gənclərin mövsümi problemi - Yaz depressiyasından necə qurtulmaq olar?

Yaz ayları çoxları üçün yenilənmə, enerji və pozitiv əhval-ruhiyyə demək olsa da, bəzi insanlar üçün bu fəsil psixoloji çətinliklərlə müşayiət oluna bilər. Bu hal yaz aylarında əhvalın düşməsi, motivasiya itkisi, yuxu problemləri və sosial təcrid kimi əlamətlərlə özünü göstərir.

 

Yaz depressiyasının əsas əlamətləri nədir və bu halların qarşısını almaq üçün gənclər nələr etməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil yaz depressiyasının gənclər arasında yayıla bilən psixoloji vəziyyətlərdən biri olduğunu bildirib.

 

 

Onun sözlərinə görə, ilin bəzi fəsillərində, xüsusilə də yaz aylarında insanlarda emosional dəyişikliklər müşahidə olunur:

 

“Maraqlıdır ki, yazın gəlişi bir çox insanda pozitiv əhval-ruhiyyə yaratsa da, bəziləri bu dövrdə əks təsirlər yaşaya bilirlər. Bu halların əsas səbəblərindən biri hormonal dəyişiklikdir. Mövsüm dəyişikliyi ilə birlikdə qanda dövranın aktivləşməsi və gün işığı ilə temperaturdakı dəyişikliklər beyində serotonin və melatonin səviyyəsinin artmasına səbəb olur. Nəticədə emosional gərginliklər yarana bilər.

Yaz aylarında rast gəlinən digər bir amil isə akademik stresdir. Bu dövrdə təhsil alan gənclər qarşılarındakı məsuliyyəti daha dərindən dərk edir və semestrin sonunu səbirsizliklə gözləyirlər. Eyni zamanda, sosial müqayisələr və yuxu rejiminin pozulması da psixoloji gərginliyi artırır. Günlərin uzanması, gecələrin isə qısalması nəticəsində bədən bu dəyişikliklərə tam adaptasiya ola bilmir. Yaz aylarında həmçinin xroniki xəstəliklərdə də artım müşahidə olunur. Bu dövrdə gənclərin hormonal və emosional sistemləri tam oturuşmadığı üçün onlarda bu halların təsiri daha tez və daha güclü şəkildə özünü göstərə bilir. Gənclər arasında gizli depressiya halları da mümkündür. Belə vəziyyətlər digər xəstəliklər kimi yaz aylarında daha da aktivləşə bilər. Bu səbəbdən belə bir vəziyyət müşahidə olunduqda mütləq həkimə müraciət etmək vacibdir”.

 

Həkim yaz depressiyasının əsas əlamətlərindən bəhs edib.  O bildirib ki, əhval pozuntusunun göstəriciləri ümumi motivasiya və marağın azalması, sosial həyatdan uzaqlaşma, həddindən artıq yuxululuq və ya yuxu pozuntuları, konsentrasiya çətinliyi, əhvalın tez-tez dəyişməsi, əsəbilik, gələcəyə qarşı ümidsizlik hissidir.

 

Həmçinin, İ.Adil bu halların qarşısını almaq üçün insanları tənqid etmədən, dəstəkləyici tədbirlər görməyin lazım olduğunu vurğulayıb. 

 

Kouç qeyd edib ki, gündəlik rejim qurmaq, fiziki aktivlik və idmanla məşğul olmaq müsbət təsir göstərir:

 

“Düzgün və balanslı qidalanma həyat tərzinin əsas hissəsinə çevrilməlidir. Günəşli havalarda açıq havada vaxt keçirmək də olduqca vacibdir, çünki günəş işığı əhval-ruhiyyəyə müsbət təsir göstərir. Əgər vəziyyət kəskinləşirsə, bu zaman psixoloq və ya psixiatr dəstəyi almaq mütləqdir. Eyni zamanda sosiallaşmaq, könüllü fəaliyyətlərə qatılmaq və sosial media istifadəsini məhdudlaşdırmaq da əhəmiyyətlidir. Sosial mediadan uzun müddət istifadə dopamin partlayışına səbəb olaraq, beyindəki nevroloji strukturlarda dəyişikliklərə yol aça bilər. Bu isə real həyatda emosional vəziyyətə mənfi təsir göstərir. Bu səbəbdən mütəxəssislər belə hallarda gənclərə gündə maksimum 1 saat sosial mediadan istifadəni tövsiyə edirlər. Depressiya əlamətləri uzun müddət davam etdiyi təqdirdə isə mütləq şəkildə peşəkar psixoloji və ya tibbi yardım alınması tövsiyə olunur”.
    
 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Rusiya iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb

Bu ilin l rübündə Azərbaycan Rusiya iqtisadiyyatına 18,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.   Sfera.az Azərbaycan Mərkəzi B...

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək...

"Mehdi Sobhaninin iddialarını qətiyyətlə rədd edirik" -Ayxan Hacızadə

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.   Sfera.az-ın məlumatına...

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Andranik Simonyan təyin edilib.   Bu barədə Sfera.az erməni KİV-lərinə istinadən xəb...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...