Piyadalara qarşı cərimə artırılır - 5 DƏFƏ!

Piyadalara qarşı cərimə artırılır - 5 DƏFƏ!

Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdirilir.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, piyadaların yol verdiyi qayda pozuntularının hamısı artıq eyni cəza ilə bitməyəcək. Belə ki, daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.

Ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Əldə etdiyimiz məlumata görə, layihənin ilkin variantında beton və dəmir arakəsmələrin üzərindən tullanıb yolu keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olunurdu. Lakin bu təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi təklif olunur. Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaqlar. Onlar 100 manat məbləğində cərimə ediləcəklər. 
Layihənin Milli Məclisə göndərildiyi və yaz sessiyasında müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, son vaxtlar yol qəzalarının sayında artım müşahidə olunur. Ölümlə nəticələnən qəzaların yarıdan çoxunu piyadavurmalar təşkil edir. Təkcə Bakı şəhərində ümumi yol qəzalarının 60 faizə yaxını piyadavurmalarla bağlıdır.
Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...