Çin geri çəkilməyəcəyini bəyan etdi - "Bu, şantajdır"

Çin geri çəkilməyəcəyini bəyan etdi - "Bu, şantajdır"

Çin ABŞ-nin artan tarif təzyiqlərinə qarşı sərt mövqe nümayiş etdirərək, prezident Donald Trampın rəvac olduğu qlobal ticarət müharibəsində geri çəkilməkdən imtina edib.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Pekin bu təzyiqləri “şantaj” adlandıraraq, Vaşinqtonun yeni rüsum hədələrinə qarşı sona qədər mübarizə aparacağını bəyan edib.


Tramp administrasiyasının ötən həftə Çindən idxal olunan məhsullara qarşı qarşılıqlı tarifləri artırmaq qərarına cavab olaraq, ABŞ tərəfi çərşənbə günü bu tarifləri 100%-dən çox artırmaqla hədələmişdi. Bu gedişə cavab olaraq, Çinin Ticarət Nazirliyi ABŞ-ni səhvin üstünə səhv etməkdə və şantaj xarakterini ifşa etməkdə ittiham edib.

 

Çinin sərt mövqeyi, digər Asiya ölkələrinin və Avropa Birliyinin daha ehtiyatlı yanaşması ilə ziddiyyət təşkil edir. Aİ hazırda üzv dövlətlərlə məsləhətləşərək, istehlakçılara və ixracatçılara daha çox zərər vermədən ABŞ-nin tariflərinə necə cavab veriləcəyini müzakirə edir. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Çinin Baş naziri Li Qiang arasında baş tutan telefon danışığında, danışıqlar yolu ilə həllin vacibliyi vurğulanıb. Tərəflər eyni zamanda, Çin ixracatının ABŞ əvəzinə Avropaya yönləndirilməsi ehtimalı ilə bağlı narahatlıqları müzakirə edib və mümkün ticarət təxribatlarını izləmək üçün mexanizm yaradılması barədə razılığa gəliblər.Bu arada, Çinli istehsalçılar artan tarif təzyiqləri səbəbilə xaricdə yeni zavodlar planlaşdırır, bəzi firmalar isə gəlirlərin azalacağı barədə xəbərdarlıq edib. Xarici risklərin çoxalmasını əsas gətirən Citi bankı, Çin iqtisadiyyatı üçün 2025-ci il üzrə ÜDM artım proqnozunu 4,7%-dən 4,2%-ə endirib.

 

Avropa Birliyi də öz növbəsində Trampın maliyyə bazarlarında qeyri-sabitlik yaradan və qlobal iqtisadi tənəzzül qorxularını artıran tarif siyasətinə qarşı özünəməxsus əks tədbirlər təklif edir. Qlobal iqtisadi arenada ticarət müharibəsinin təsirləri getdikcə daha geniş miqyas alır.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...