Cənubi və Şimali Koreya sərhəddində gərginlik: 10 əsgərə atəş açıldı

Cənubi və Şimali Koreya sərhəddində gərginlik: 10 əsgərə atəş açıldı

Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik yenidən artıb. Cənubi Koreya ordusu 10 Şimali Koreya əsgərinin sərhəd xəttini keçməsindən sonra xəbərdarlıq atəşi açdığını açıqlayıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargah Rəisliyinin məlumatına görə, insident yerli vaxtla saat 17:00 radələrində baş verib.

 

Bildirilib ki, silahsızlaşdırılmış zonanın şərq hissəsində hərbi sərhədi keçən Şimali Koreya əsgərlərinə qarşı əvvəlcə xəbərdarlıq elanları səsləndirilib, ardınca isə xəbərdarlıq atəşi açılıb.


“Ordumuz Şimali Koreya ordusunun fəaliyyətlərini yaxından izləyir və mövcud əməliyyat prosedurlarına uyğun şəkildə zəruri tədbirlər görür”, – deyə açıqlamada qeyd olunub.


Hadisədən sonra Şimali Koreya əsgərlərinin geri çəkilərək öz ölkələrinə döndüyü bildirilib.


Qeyd edək ki, Cənubi Koreya ordusu bir gün əvvəl verdiyi açıqlamada Şimali Koreyanın hərbi təlimlər keçirdiyini və bu çərçivədə təxminən 1500 Şimali Koreya əsgərinin silahsızlaşdırılmış zonada tikanlı məftil çəkdiyini və torpaq işləri apardığını bəyan etmişdi.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...