Fransa və Misir arasında saziş imzalandı

Fransa və Misir arasında saziş imzalandı

Fransa Prezidenti Emmanuel Makron və Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə yerləşən “İttihadiyyə” sarayında keçirilən mərasimdə iki ölkə arasında “Strateji Tərəfdaşlıq Sazişi” imzalayıblar.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sazişin imzalanmasından sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

 

Prezident Sisi bəyan edib ki, Qahirə ilə Paris arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O, Makronla birlikdə Qəzzada atəşkəsə dönməyin zəruriliyini vurğuladıqlarını və fələstinlilərin öz torpaqlarından zorla köçürülməsinə qarşı olduqlarını bildirib. 

 

“Fələstin məsələsində ədalətli həll tapılmadıqca, Yaxın Şərqdə sülh və sabitlik yalnız bir arzu olaraq qalacaq”,– Sisi qeyd edib.


Misir prezidenti həmçinin Qəzzada atəşkəs əldə edildikdən sonra bölgənin yenidən qurulması məqsədilə Qahirədə beynəlxalq konfrans keçirmək niyyətində olduqlarını açıqlayıb. Fransa Prezidenti Makron isə Misiri “tarixi və strateji tərəfdaş” adlandıraraq, bu ölkədə olmaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, Fransa Misirin regional və milli sabitlik yolundakı səylərini dəstəkləyir və imzalanan saziş iki ölkə arasında mövcud olan güclü əlaqələrin sübutudur.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...