Bakıda bir ailə qidadan zəhərləndi

Bakıda bir ailə qidadan zəhərləndi

Bakıda bir ailənin üzvləri zəhərlənib.

 

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Mircəlal küçəsi ev 137 A mənzil 37-də qeydə alınıb.

 

Orada yaşayanlar - 1952-ci il təvəllüdlü Aydın Əliabbas oğlu Şükürov, arvadı 1954-cü il təvəllüdlü Rəna Məmməd qızı, oğlu, 1977-ci il təvəllüdlü Ramin yaşadıqları evdən qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Vəziyyətləri orta-ağırdır. 

 

Faktla bağlı araşdırma aparılır. /Lent.az


OXŞAR XƏBƏRLƏR