Hər hərəkətin mənası var - Bədən dilinin gizli AÇIQLAMASI

Hər hərəkətin mənası var - Bədən dilinin gizli AÇIQLAMASI

Bədən dili insanın heç bir söz demədən, bədəni vasitəsilə hiss və fikirlərini ifadə etmə üsulu kimi qəbul olunur.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, psixoloq  Aleksandra Stratyner insanların düşüncələrini oxumağın bədən dili vasitəsilə mümkün ola biləcəyini bildirib. Mütəxəssisə görə, bədən dilində diqqət yetirilməli əsas məqamlardan biri duruşdur. Açıq sinə və düz geriyə çəkilmiş çiyinlər özünəinamın göstəricisidir. Əksinə, çökük duruş və ya əyilmiş çiyinlər insanın güvənsiz, müdafiə mövqeyində və ya yorğun olduğunu göstərə bilər.


Həkimin sözlərinə görə, beyində başqasını təqlid etdikdə və ya qarşı tərəf bizi təqlid etdikdə aktivləşən “ayna neyronlar” mövcuddur. Məsələn, birisi bizə gülümsəyəndə, biz də təbii şəkildə cavab olaraq gülümsəyirik. Əgər qarşı tərəf buna cavab vermirsə, bu onların bizdən narazı olduğunu göstərə bilər.

 

Bir şəxsin tez-tez hansı sözlərdən istifadə etməsi onun psixoloji vəziyyətini və dəyərlərini əks etdirir. “Mən” sözünü tez-tez işlədən insanlar daha çox özünü ön plana çıxaran xarakterə sahib ola bilər. “Biz” ifadəsindən istifadə edənlər isə daha kollektiv düşüncəli və komanda ruhuna sahib olur.

 

Bəzi mütəxəssislər bildirir ki, daim həyəcanlı olan şəxslər çiyinlərini yuxarıda tutmağa meyilli olur. Bu isə bəzən stress və ya həddindən artıq sosial davranışın əlaməti ola bilər. 

 

Stratyner həmçinin qeyd edib ki, bədən dili tam elmi əsaslara söykənmir və onunla bağlı nəticələr hər zaman dəqiq olmaya bilər. Yorğunluq, diqqətsizlik və mədəni fərqliliklər bədən dili və mimikaların mənasını dəyişdirə bilər. Jestlər də müxtəlif mədəniyyətlərdə fərqli məna daşıya bilər.
 

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Azərbaycana kredit qoyuluşu 30 milyard manatı ötüb - İlk dəfə

Bu ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 188,8 milyon manat təşkil edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumat...

Hollandiya kraliçası Trampı ələ salıb? - FOTO

Hollandiya Kraliçası Maksima canlı efirdə ABŞ Prezidenti Donald Trampın yanında dayanarkən qəribə üz ifadələri göstərməsi internetdə qızğın müzakirələrə səbəb o...

İran səfiri Zəngəzur dəhlizindən danışdı: "Qırmızı xəttimizdən yayınmayacağıq"

“İran dəhliz məntiqi olan istənilən yola qarşıdır”.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Meh...

Ermənistan polisi Mikael Ajapaxyanı həps edə bilməyib

Ermənistan Milli Təhlükəsizlik Xidməti və polisi Eçmiədzin ərazisini tərk edib.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik X...

“Disneylend” qalmaqalı: Azyaşlılara "tamah" salan britaniyalı saxlanılıb

Parisin “Disneylend”ində 39 yaşlı britaniyalının 9 yaşlı ukraynalı qızla "toy" etməyə cəhdi qalmaqal yaradıb.   Britaniyalı şəx...

Pirotexniki vasitələrin saxlanması xüsusi tələblərlə tənzimlənir - Ekspert

Dünən axşam "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş partlayış hadisəsi ictimaiyyətdə ciddi narahatlıq doğurub. Məlum olub ki, partlayı...