Gəncədə maşın evakuatorla toqquşdu - Yaralanan var


Gəncədə maşın evakuatorla toqquşdu - Yaralanan var

Gəncədə qadın yol qəzasında xəsarət alıb.

 

Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki hərəkətdə olan "VAZ 2107" ilə evakuator toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü K.Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır. (Unikal)


OXŞAR XƏBƏRLƏR