Mourinyonun cəzası bəlli oldu


Mourinyonun cəzası bəlli oldu

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbağça”nın baş məşqçsi Joze Mourinyonu 3 oyunluq cəzalandırıb.

 

Sfera.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Türkiyə Kubokunun 1/4 finalında “Qalatasaray”la oyundan sonra rəqib həmkarı Okan Burukun burnundan yapışdığına görə diskvalifikasiya olunub.

 

Məlumata görə, İntizam Komitəsi Burukun “Fənər”in baş məşqçisini təxribata çəkdiyini əldə əsas tutaraq, Mourinyoya ağır cəza verməyib.

 

Mourinyonun köməkçiləri Salvatore Foti və Sandro Zufiçə 4 oyunluq, qırmızı vərəqə alan futbolçulardan Mert Hakan Yandaş və Frede 3 oyunluq cəza verilib.

 

Joze Mourinyo, Mert Hakan Yandaş və Fred dörd oyundan az cəza aldıqlarından, cəzaları yalnız Türkiyə Kuboku oyunlarına aid ediləcək. 4 oyunluq cəza alan Salvatore Foti və Sandro Zufiç isə “sarı-göylər"in qarşıdakı həftələrdə oynayacağı 4 Super Liqa matçında ehtiyat oyunçular skamyasında olmayacaq.

 

Yada salaq ki, qalmaqalla başa çatan oyunda “Qalatasaray” 2:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.


OXŞAR XƏBƏRLƏR

Ermənistanlı nazir Türkiyəyə gedir - Yol məsələsi müzakirə olunacaq

Bu gün, iyunun 27-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan müşavirlərindən birinin müşayiəti ilə Türkiyəyə yola düşəcək.  ...

Qaxda zəlzələ oldu

Zaqatala stansiyasından 27 km cənub-şərqdə Qax rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan...

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...