Yeməkdən kərtənkələ çıxdı - 65 şagird zəhərləndi

Yeməkdən kərtənkələ çıxdı - 65 şagird zəhərləndi

Hindistanın “Çhattisqarh” əyalətində yerləşən “Gacadharpur Turripani” ibtidai məktəbində nahar yeməyi zamanı şagirdlər zəhərlənib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nahar vaxtı bir şagird boşqabında ölü kərtənkələ aşkar edib. Hadisədən dərhal sonra məktəb rəhbərliyi bütün şagirdlərə yeməyi dayandırmağı tapşırıb.

 

İlkin məlumata əsasən, yeməkdən dadan 65 şagirddə ürəkbulanma, qarın ağrısı və qusma əlamətləri qeydə alınıb. Zəhərlənən şagirdlərin hamısı “Balrampur-Ramanujganj” bölgəsindəki xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti stabilləşib və artıq evə buraxılıb.

 

Hadisə ilə bağlı araşdırma başladılıb. Rəsmilər ölü kərtənkələnin məktəb yeməyinə necə düşdüyünü müəyyən etməyə çalışırlar. Hazırda məktəbdə qida təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılır.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...