Çin ABŞ-yə yeni sanksiyaları elan etdi

Çin ABŞ-yə yeni sanksiyaları elan etdi

ABŞ-nin Çin məhsullarına qarşı tətbiq etdiyi 34%-lik gömrük vergisi artımına cavab olaraq, Çin hökuməti Amerika şirkətlərinə qarşı yeni sanksiyalar elan edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, ümumilikdə 27 ABŞ şirkəti ixrac nəzarəti və qadağalar siyahısına daxil edilib. Onlardan 16-sı hərbi və mülki ikili istifadə üçün nəzərdə tutulan məhsulların ixracına qadağa gətirilən şirkətlərdir. Digər 11 şirkət isə “etibarsız qurumlar” siyahısına salınıb.

 

Nazirlik bildirib ki, bu addım Çinin milli təhlükəsizliyi və maraqlarını qorumaq, həmçinin silahların yayılmasının qarşısının alınması üzrə beynəlxalq öhdəliklərə əməl etmək məqsədilə atılıb.

 

Sanksiyaya məruz qalan şirkətlər arasında müdafiə sənayesi, aviasiya, pilotsuz uçuş aparatları istehsalı, kəşfiyyat və logistika sahəsində fəaliyyət göstərən qurumlar yer alır. Bu şirkətlərin Çinlə həyata keçirdiyi ixrac əməliyyatları bundan sonra ciddi nəzarətə alınacaq.

 

Xüsusilə, “Skydio” və “BRINC Drones” kimi pilotsuz uçan aparat istehsalçıları da daxil olmaqla 11 şirkətin, Çinlə suverenlik mübahisəsi olan Tayvanla texnologiya sahəsində əməkdaşlıq etdiyi üçün “etibarsız qurum” siyahısına salındığı qeyd olunub.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...