Tramp və Netanyahu bir araya gələcək

Tramp və Netanyahu bir araya gələcək

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək. 

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, görüşdə ABŞ-nin tətbiq etdiyi idxal rüsumları, İranın nüvə proqramı və Qəzza zolağındakı vəziyyət müzakirə olunacaq.

 

Səfər əvvəlcə aprel ortası üçün planlaşdırılsa da, İsraildə Netanyahu ilə bağlı korrupsiya işi üzrə məhkəmə proseslərinə görə tarix dəyişə bilər.

 

Netanyahu İranla diplomatik danışıqların nəticə verməyəcəyinə inanır və bu halda Trampla birlikdə İranın nüvə obyektlərinə mümkün zərbə planını müzakirə etmək istəyir.

 

Tramp isə son açıqlamalarında İranın artıq vasitəçilərsiz, birbaşa dialoqa hazır olduğunu bildirib. Lakin Tehran birbaşa danışıqları rədd etsə də, dolayı yollarla əlaqələrin davamına razıdır.

 

Əgər nüvə danışıqları uğursuz olarsa, Tramp İrana əlavə tariflər tətbiq edəcəyini və razılaşma tam rədd olunarsa, ciddi hərbi cavabla hədələdiyini bildirib. İran lideri Əli Xamenei isə hərbi müdaxilə ehtimalına inanmadığını, lakin ABŞ-nin daxili qarışıqlıq yaratmaq cəhdlərinə sərt cavab veriləcəyini bəyan edib.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...