Çin bu məhsulların ixracına qadağa qoydu

Çin bu məhsulların ixracına qadağa qoydu

Çin Ticarət Nazirliyi 4 aprel 2025-dən etibarən samarium, gadolinium, terbium, disprosium, lütesyum, skandium, itrium və onların alaşımlarını ixrac nəzarət siyahısına daxil edəcək. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu elementlər yalnız hökumət icazəsi ilə ixrac ediləcək, gömrük əməkdaşları isə şübhəli yükləri müsadirə edə biləcəklər.

 

Sözügedən nadir torpaq elementləri silah sistemləri, nüvə reaktorları, yüksək texnologiyalı cihazlar, kosmik və tibbi avadanlıqlarda geniş istifadə olunur. Çin bu elementlərin qlobal istehsalının təxminən 90%-ni qarşılayır və bu qərarla mövqeyini iqtisadi üstünlüyə çevirmək niyyətini göstərir.

 

Qeyd edək ki, Çin daha əvvəl ABŞ-nin çip məhdudiyyətlərinə cavab olaraq qalium, germanyum, antimuan və qrafitin ixracına da məhdudiyyət tətbiq etmişdi.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...