Menyusu 500 manata olan şadlıq saraylarının SİRRİ AÇILDI

Menyusu 500 manata olan şadlıq saraylarının SİRRİ AÇILDI

Ramazanın başa çatması ilə birlikdə toy mərasimləri, tədbirlər və ailəvi yığıncaqların sayı artır, bu isə restoran və şadlıq saraylarına olan tələbatı xeyli yüksəldir. Son günlərdə isə bu obyektlərdə qiymətlərin sürətlə bahalaşdığı müşahidə olunur.

 

Bəs bu artımın səbəbi təkcə tələbatın çoxalmasıdır, yoxsa ortada başqa amillər də var?

 

Sfera.az xəbər verir ki, Yenisabah.az bu mövzunu tanınmış restorator və kulinar Mahir Əhmədzadə ilə müzakirə edib. Ekspert məsələnin görünməyən tərəflərinə də aydınlıq gətirib:

 

“Qiymət artımının Ramazan ayına heç bir aidiyyatı yoxdur. Bildiyiniz kimi, şadlıq sarayları orucluq və məhərrəmlik aylarında təmirə bağlanır. Qəribə bir şey yaşandı və restoranlar sanki bir-biri ilə bəhs edirmişcəsinə təmir işləri görməyə başladılar. Məlumdur ki, hazırkı dövrün gəncləri köhnə tipli şadlıq saraylarını artıq bəyənmirlər. Əksər restoranlar bu rəqabətə davam gətirmək üçün təmirə başladılar. Çünki durğunluq yaşanırdı”.

 

Restorator qeyd edib ki, müasir üslubda təmirə külli miqdarda vəsait xərclənir:

 

“Sahibkar düşünür ki, belə bir təmirdən sonra qiymət qalxmalıdır. Düz yaxud səhv bir addım olduğunu biz deyə bilmərik. İnsanlar həmin qiymətlərin öz büdcələrinə uyğun olmadığını deyir. Mən isə belə düşünmürəm. Əslində Azərbaycanda restoran və şadlıq sarayı, otel və s. xidmət sektoru biznesində təbəqələşmə gedib. Bunu insanların çoxusu da hiss edib. Yəni hər qiymətə xidmət təklif olunur. 30-55 manatdan 55-90 manata və 150-500 manat qiymətə olan menyular təklif edilir. Sözügedən qiymətlər obyektin təməldən qurulmasından asılıdır. Yəni sahibkar bu yerə nə qədər investisiya yatırırsa, qiymətlər də onunla əlaqəli olur. Bunun adı azad iqtisadiyyatdır. Sahibkar qiyməti təyin edir və işləməyə başlayır. Menyu qiymətləri də eyni şəkildə tənzimlənir. İçərisində olan təamlara görə menyu qiymətlərinin də aşağı, orta və yuxarı həddi olur. İnsanlar xidmətlərini satırlar. Bu günki biznes mühitində normal haldır. Müğənni var ki, 10 min manata toya gedir, eləsi də var 2000 manat yaxud 100 manat. O da öz xidmətini bu yolla camaata təqdim edir”.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...