Saqqız çeynəməyin gizli zərəri ortaya çıxdı

Saqqız çeynəməyin gizli zərəri ortaya çıxdı

Saqqız çeynəmək bir çox insan üçün zövqlü və gündəlik vərdişə çevrilmiş fəaliyyətdir. Lakin Kaliforniya Universitetinin (UCLA) mühəndisləri tərəfindən aparılan yeni araşdırma bu zərərsiz görünən vərdişin ağız yolu ilə mikroplastik hissəciklərin qəbuluna səbəb ola biləcəyini ortaya qoyub.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, professor Sancay Mohantinin rəhbərliyi ilə keçirilən tədqiqatda 5 təbii və 5 sintetik olmaqla ümumilikdə 10 fərqli saqqız markası test edilib. Hər bir saqqız könüllülər tərəfindən 4 dəqiqə müddətində çeynənib, hər 30 saniyədə bir tüpürcək nümunələri götürülüb. Bəzi hallarda çeynəmə müddəti 20 dəqiqəyə qədər uzadılıb və mikroplastik ifrazı müşahidə olunub.

 

Mikroskop altında 20 mikrometrdən böyük mikroplastik hissəciklər qırmızıya boyanaraq sayılıb. Tədqiqatçılar qeyd edir ki, bu metod daha kiçik hissəcikləri aşkar etmədiyindən, real göstəricilər daha yüksək ola bilər.

 

Tədqiqatın ən diqqətçəkən nəticəsi isə ondan ibarətdir ki, yalnız neft mənşəli sintetik saqqızlar deyil, bitki tərkibli təbii saqqızlar da eyni miqdarda mikroplastik hissəciklər ifraz edir. Hər bir qram saqqızda orta hesabla 100 mikroplastik aşkarlanıb. 6 qramlıq saqqızın isə 3 000-ə qədər mikroplastik hissəcik yaydığı müəyyən olunub.


Araşdırma zamanı məlum olub ki, mikroplastiklərin ən çox ifraz olunduğu dövr çeynəmənin ilk iki dəqiqəsidir. Bu zaman çənə hərəkəti ilə yaranan mexaniki təsir tüpürcəyin kimyəvi tərkibindən daha çox plastik hissəciklərin ayrılmasına səbəb olur. Çeynəmənin 8-ci dəqiqəsində ifrazın 94 faizi artıq tamamlanır. Alimlər gündəlik həyatımızda mümkün qədər az saqqız çeynəməyi, çeynədikdə isə onu ağızda daha uzun müddət saxlamağı tövsiyə edirlər.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...