Antarktidada yeni dəniz canlıları aşkarlanıb - Adlar

Antarktidada yeni dəniz canlıları aşkarlanıb - Adlar

Avstraliyalı alimlər Antarktida qitəsinin şərqində apardıqları tədqiqatlar zamanı elm dünyasına məlum olmayan yeni dəniz canlıları növlərinə rast gəliblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya Antarktika Proqramının təşkilatçılığı və dörd elmi qurumun birgə əməkdaşlığı ilə həyata keçirilən 60 günlük ekspedisiya zamanı "RSV Nuyina" adlı buzqıran gəmi vasitəsilə bölgədə geniş tədqiqat aparılıb.


Tədqiqatçılar daha isti suların Denman Buzlağına təsirini araşdırmaqla yanaşı, okeanın cənub hissəsindən götürdükləri nümunələr əsasında bölgədəki bioloji müxtəlifliyi də təhlil ediblər. Alimlər dəniz donuzu, izopodlar, dəniz kəpənəkləri kimi tanınmış növlərlə yanaşı, əlin böyüklüyündə dəniz hörümçəkləri, yemək boşqabı böyüklüyündə dəniz ulduzları və bölgəyə xas osminoq növləri kimi daha əvvəl elmə məlum olmayan canlılara da rast gəliblər.


Tədqiqat zamanı dəniz kəpənəklərindən birinin gəmidəki akvariumda yumurtlaması nəticəsində alimlər bu canlıların – pteropodların – yumurta inkişafını ilk dəfə müşahidə etmək imkanını əldə ediblər.


Tədqiqatçılardan Laura Herraiz Borreguero bildirib ki, ekspedisiya zamanı 4 min kilometr məsafə qət edilib və Denman Buzlağından alınan nümunələr əsasında müxtəlif dərinliklərdə suyun temperaturu, duzluluq səviyyəsi və oksigen miqdarı da analiz olunub. Onun sözlərinə görə, son 20 ildə buzlaq 5 kilometr geri çəkilib.
Alim vurğulayıb ki, sistemin dəyişməsi müşahidə olunur və bu dəyişikliklərin izlənməsi gələcək iqlim modellərinin qurulması, eləcə də müvafiq uyğunlaşma və qarşısınıalma strategiyalarının hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.


Ekspedisiya qrupu fevral ayında yola düşüb və mayın əvvəlində Avstraliyanın Hobart şəhərinə qayıtması planlaşdırılır.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...