Bu dərmanlar xəstələrə pulsuz verilir - RƏSMİ

Bu dərmanlar xəstələrə pulsuz verilir - RƏSMİ

Azərbaycanda vətəndaşların sağlamlığının qorunması və əlçatan tibbi xidmətin təmin edilməsi məqsədilə bəzi dərmanlar xəstələrə pulsuz təqdim olunur. Bəs hansı xəstələrə dərmanlar pulsuz verilir?

 

Sfera.az xəbər verir ki, TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, səhiyyə sahəsində müəyyən xəstəliklərin müalicəsi üzrə bir neçə dövlət proqramları icra olunmaqdadır və hazırda onların icrası TƏBİB-in tabeliyində olan bir sıra dövlət ambulator və stasionar tibb müəssisələrində hayata keçirilir:

 

“Bu dövlət və tədbirlər proqramları (hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm) çərçivəsində xəstələrə ambulator qaydada verilən dərman və tibbi sərflərin satınalması TƏBİB-dən daxil olan siyahıya əsasən İcbari Tibbi Sığorta Agentliyi tərəfindən həyata keçirilir. Qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar bu dərman vasitələri və tibbi ləvazimatlar ilə müayinələr əsasındayalnız həkim təyinatına uyğun müvafiq dövlət tibb müəssisələrindətəmin olunurlar”.

 

Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ilin may ayında əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub:

 

“Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Belə ki, “Ürək damar sistemi üçün dərman vasitələri”, “Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri”, “Həzm sisteminə təsir edən dərman vasitələri”, “Tənəffüs sisteminə təsir edən dərman vasitələri” və.s kimi vasitələr siyahıya əlavə olunub”.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...