Avropa Maskı cəzalandırır - Yayda məlum olacaq

Avropa Maskı cəzalandırır - Yayda məlum olacaq

Avropa İttifaqı (Aİ) tənzimləyici orqanları İlon Maska məxsus “X” sosial media platformasına dezinformasiya qanunlarını pozduğuna görə 1 milyard dollardan çox cərimə tətbiq etməyə hazırlaşır.


Sfera.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, platforma təkcə cərimə ilə deyil, həm də məhsul üzərində məcburi dəyişikliklərlə üzləşə bilər.

 

Bunun səbəbi isə “X”in qanunsuz məzmun və dezinformasiyaya qarşı mübarizə aparmağı tələb edən mühüm qanuna (Rəqəmsal Xidmətlər Aktına) əməl etməməsidir.
Təhlükəli presedent sayıla biləcək bu cəza yayda açıqlanacaq və Aİ-nin yeni qanunvericiliyi çərçivəsində ilk dəfə olaraq tətbiq olunacaq. Məqsəd isə digər texnologiya şirkətlərinə də xəbərdarlıq edərək onları oxşar qanun pozuntularından çəkindirməkdir.


Qeyd edək ki, Avropa Komissiyası tərəfindən “X” platforması ilə bağlı araşdırma 2023-cü ildə başlanıb və ötən il ilkin qərarda platformanın Rəqəmsal Xidmətlər Aktını pozduğu bildirilmişdi. Cərimənin ABŞ-la Aİ arasında gərginliyi daha da artıracağı gözlənilir.


Xatırladaq ki, İlon Mask ABŞ-da Prezident Donald Trampın yaxın müşavirlərindən biri hesab olunur.


Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...

Partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib - RƏSMİ

Bakıda partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.  ...