Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

"Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müdddət bu gün başa çatır".

 

Sfera.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi:

 

"Ötən müddətdə hökumət tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkiflərin hazırlanması həyata keçirildi. Güman olunur ki, vaxt başa çatdığı üçün bu təkliflər hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq. Dövlət başçısına təkliflər təqdim olunduqdan sonra Cənab Prezident tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir. Bununla sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artımın olacağı bəlli olacaq. Eyni zamanda neçə faiz artımın olacağı bundan sonra aydınlaşacaq. 

 

Bu o deməkdir ki, yaxın zamanlarda dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşacaq. Bu o deməkdir ki, hazırda müavinət və təqaüd alan vətəndaşlarımızın aldıqları məbləğlərin artırılması istiqamətində addımlar atılacaq. Hansı müavinətlərdə artımların olacağı təkliflərin təqdimatından və müvafiq sənəd imzalandıqdan sonra məlumat bölüşüləcək. 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlərin və təqaüdlərin artırılmasını özündə ehtiva edəcək. Bu o deməkdir ki, daha çox vətəndaşımız sosial paketdən faydalanacaq".

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...