"TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb edib

"TuranBank" nüfuzlu maliyyə qurumundan kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir. 

 

Sfera.az  xəbər verir ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.

 

“Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımıza inamının növbəti mühüm göstəricisidir. Biz tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edir və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusilə də kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”- deyə TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev sazişin bağlanmasına öz münasibətini bildirib.  

 

EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir. 

 

Məlumat üçün bildiririk ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş "TuranBank" mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olmaqdadır və bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir. 

 


OXŞAR XƏBƏRLƏR

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...