30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir? - FOTO

30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir? - FOTO

Son günlərdə xeyli vətəndaşa, hətta 30 yaşı keçənlərə və hərbi xidmətə yararsız kimi qeydiyyatda olanlara da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən mesaj göndərilib. SMS-də qeyd olunub ki, əgər vətəndaş Xidmətin rayon üzrə idarəsinə gəlməkdən boyun qaçırarsa, inzibati və cinayət məsuliyyəti daşıyacaq. Lakin mesajlarda çağırışın səbəbi qeyd olunmayıb.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov metbuat.az-ın sorğusuna cavab verib.

 

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 58-ci maddəsinin "b" bəndinə əsasən "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə qeyd edilən SMS göndərilib.


OXŞAR XƏBƏRLƏR

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...

Partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib - RƏSMİ

Bakıda partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.  ...